İnterpress.az xəbər verir ki, 2 gün davam edəcək qurultayda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız iştirak edəcək.
Dak-ın məlumatına görə, qurultayın İstanbulda keçirilməsi təsadüfi deyil: “Qondarma erməni soyqırımının 100-cü ildönümü bəhanəsi ilə davam etdirilən türk düşmənçiliyi kampaniyası səbəbi ilə İstanbul şəhəri xüsusilə seçilib.
Qurultayda Türkiyə hakim elitasının, aparıcı müxalifət partiyalarının nümayəndələri, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ülkü Ocaqları, dünya üzrə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının və Güney Azərbaycan qurumlarının təmsilçiləri, Quzey Azərbaycanın dövlət rəsmiləri, aktiv müxalifət partiyalarının sədrləri, tanınmiş siyasi- ictimai xadimlər və milli gəncliyin fəal üzvləri iştirak edəcək.
İnterpress.az