19 dərəcə isti olacaqbackend

19 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gündüz arabir güclənən mülayim cənub küləyi əsəcəck.

Havanın temperaturu gecə 6-9˚, gündüz 15-19˚ isti olacaq.

Aprelin 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, amma səhər bəzi dağlıq yerlərdə çiskinli yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10˚, gündüz 17-22˚, bəzi yerlərdə 24˚ isti, dağlarda gecə 1-6˚, gündüz 10-15˚, bəzi yerlərdə 18˚ isti olacaq.

Milli Hidrometeorologiya Departamentindən həmçinin bildirilib ki, aprelin 18-də və 19-da Abşeron yarımadasında hava şəraitinin komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

İnterpress.az