Bakıda “Qarabağ tədqiqatları” konfransıbackend

Bakıda “Qarabağ tədqiqatları” konfransı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə aprelin 21-də Bakıda düzənlənəcək.

Elmin İnkişaf Fondunun mətbuat xidmətindən İnterpress.az-a verilən mlumata görə, konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı soyqırımlar, erməni diasporunun məkrli fəaliyyəti və təcavüzləri barədə, həmçinin Elmin İnkişafı Fondunun 2012-ci il 8 may tarixindən təsis edərək keçirdiyi bir neçə “Şuşa qrantı” müsabiqəsi çərçivəsində yerinə yetirilmiş uğurlu elmi-tədqiqat layihələri üzrə alınmış nəticələr haqqında maraqlı elmi məruzələr dinləniləcək. Məruzələr Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddialarını, Ermənistanın Azərbaycana təcavüzü məsələsində böyük dövlətlərin və beynəlxalq təşkilatların mövqeyini, Azərbaycanda məcburi köçkünlərin sağlamlıq vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsini, Qarabağ geyimlәrini, Şuşa şәhәrinin 3D modeli və kosmik təsvirlər əsasında mövcud vәziyyәtin qiymәtlәndirilmәsini, Qarabağda xalq oyunları və meydan tamaşalarını, Qarabağdakı Nərgiztəpə arxeoloji abidələr kompleksi üzrə tədqiqatları, Qarabağın bir sıra maddi-mədəniyyət abidələrinin virtual rekonstruksiyasını əhatə edəcək.

İnterpress.az