2 “oğru” İŞİD-lə əlaqəyə görə həbs edilibbackend

2 “oğru” İŞİD-lə əlaqəyə görə həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar bir aydan artıqdır həbsxanada saxlanılır.

İraqın hakim dairələri hər iki “qanuni oğru”nu terrorçu İŞİD-lə əlaqədə günahlandırır. Əgər ittiham təsdiqlənərsə, onların hər ikisini ömürlük həbs gözləyir.

Qeyd edək ki, Oleq Piroxovun adı Türkiyənin Antalya şəhərində Vadim İvanenkonun ölümündə hallandırılır. Onun dostu ilə bərabər həbsdən yaxa qurtarma üçün onun Türkiyəni tərk etdiyi və martın 8-də Türkiyə-İraq sərhədini keçdiyi zaman saxlandığı bildirilir.

Saxlandıqdan sonra hər iki “oğru”ya qarşı İŞİD-lə əlaqə ittihamı irəli sürülüb.

Elnarə
İnterpress.az