İtaliya hökumətindən Papaya dəstəkbackend

İtaliya hökumətindən Papaya dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hökumət yanında Avropa Birliyi ilə əlaqələr üzrə dövlət katibi Sandro Gozi hökümətin Papanın açıqlamasına dəstək verməməyə çağırıb: “Bu günə qədər heç bir italiyan hökümətinin erməni məsələsi ilə bağlı rəsmi mövqeyi yoxdur. Zatən hökumət “soyqırım” kəlməsini işlətməməlidir, bu, tarixçilərin vəzifəsidir”.

Bu açıqlamanın ardınca xarici işlər naziri Paolo Gentiloni “15 il əvvəl Papa 2-ci Paul da bunabənzər ifadələrdən istifadə etmişdi. Bunu nəzərə alaraq türklərin Papaya qarşı sərt açıqlamaları haqlı görünmür”.

İtaliya baş naziri Matteo Renzi isə Amerikaya səfəri zamanı türk tələbənin sualına cavab verib. Tələbə Furkan Pəhləvanlının baş nazirə “ Papa Françesko 1915-ci il hadisələrini “soyqırım” kimi tanıdı. İtaliyanın bu məsələdə rəsmi mövqeyi necədir?” sualına Matteo Renzi bu cavabı verib: “İtaliya hökumətinin bu məsələdə mövqeyi açıqdır. Papa bir əsr əvvəl olanlar üçün açıq bir mesaj verib. Ərdoğan və Davudoğlunun reaksiyası neqativ oldu və xarici işlər nazirimiz onların bu mövqeyini tənqid etdi”.

İnterpress.az