Aprelin 15-də Avropa Parlamentinin erməni uydurmasını dəstəkləyərək bununla bağlı qətnamə qəbul etməsi 24 aprel tarixinin Avropada “erməni soyqırımı” kimi qeyd olunmasını təşviq edir və bu, Azərbaycanla Türkiyəyə qarşı planlaşdırılmış təxribatdır.
Bəyanatda qeyd olunur ki, həmişə insan hüquqlarının müdafiəçisi, sülhün təbliğatçısı kimi çıxış edən Avropa Parlamenti ikili standartlara yol verərək tarixi təhrif edib:
“İllərdir Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verilməsini Avropa Parlamenti və digər Avropa institutlarından tələb edən Benilüks Azərbaycanlıları Konqresində birləşən azərbaycanlılar 15 aprel qətnaməsindən çox sarsılıblar. Biz bu qətnamənin lehinə səs verən parlamentarilərin addımından təəssüflənir və qəbuledilməz hesab edirik”. Bəyanatın mətni Avropa Parlamentinə, Avropa Komissiyasına, eyni zamanda Avropa Parlamentinin 751 üzvünə rəsmi məktub olaraq göndərilib.
İnterpress.az