Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 6-10, gündüz 15-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 16-20, bəzi yerlərdə 24, dağlarda gecə 3-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti olacağı gözlənilir.
İnterpress.az