Oqtay Əsədov Tokioya gedirbackend

Oqtay Əsədov Tokioya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin mətbuat xidmətindən İnterpress.az-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Abel Məhərrəmov, deputatlardan Çingiz Əsədullayev, Aslan Cəfərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfərin ilk günü Milli Məclis Sədrinin Yaponiya İmperatoru Əlahəzrət Akihito, Baş nazir Şinzo Abe, xarici işlər naziri Fumio Kişida ilə görüşləri nəzərdə tutulub.

Deputatlar Tokioda ölkə parlamentinin Müşavirlər və Nümayəndələr palatalarında olacaq, Azərbaycanla parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşəcək, Yaponiya qanunvericilik orqanının fəaliyyəti ilə yaxından maraqlanacaqlar.

İnterpress.az