Ərdoğan yenə Papadan, ermənilərdən və Qarabağdan danışdıbackend

Ərdoğan yenə Papadan, ermənilərdən və Qarabağdan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərdoğan çıxışında qondarma erməni soyqırımına toxunaraq, işğal altında olan Qarabağdan da danışıb: \”Papa bizi ittiham etdi. Həmin dəqiqə cavabını verdik. İndi də etdikləri səhvi düzəltməyə çalışırlar.

Bunlar vicdansızdırlar. Bu hadisədə ən böyük ziyanı Ermənistan görər. Ölkəmizdə 80 min erməni yaşayır. Türkiyə olaraq dəfələrlə Ermənistana əl uzatdıq. Ermənistan üçün hələ də qapımız açıqdır.

Qondarma erməni soyqırımı və Qarabağ məsələsində addım atsalar bizim qapılarımız həmişə onlara açıq olacaq. Amma öncə Qarabağ məsələsi həll olunacaq. Bu məsələdə ABŞ üzərinə düşən vəzifəni hələ də yerinə yetirmir.

Türkiyə vəfalı bir ölkədir. Erməniləri bir daha bu fürsəti dəyərləndirməyə çağırıram. Ermənilərlə yanaşı ölkəmizdə terrorçularla əlaqəsi olan partiya, qondarma erməni soyqırımına sahib çıxmağa başlayıb. Həmin partiya sanki Vatikanın sözcüsüdür. Biz Vatikana səslənirik, amma bizə bunlar cavab verir\” .

İnterpress.az