Lukaşenko Moskvadakı parada qatılmayacaqbackend

Lukaşenko Moskvadakı parada qatılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti mayın 9-da Minskdə təşkil olunacaq paradı qəbul etməyə qərar verib. Prezidentin sözlərinə görə, hərbi paradı yalnız ali baş komandan qəbul edə bilər.

Lukaşenkonun sözlərinə görə, o 7-8 may tarixlərində Moskvaya səfər etmək və Naməlum Əsgərin məzarına gül çələnglərinin qoyulması mərasimində iştirak etmək niyyətindədir: “Mayın 8-də, hətta gecə olsa belə, Minskə qayıdacam və mayın 9-da paradı qəbul edəcəm”.

“Belta”nın məlumatına görə, Belarus prezidenti mayın 9-da Moskvaya səfər etməkdən imtina etmiş digər siyasətçiləri qınayıb: “Mən əvvəl Moskvada mayın 9-da təşkil olunacaq bayram tədbirlərinə iştirak edəcəklərinə söz verən, bu gün isə təkəbbürlə imtina edən siyasətçiləri dəstəkləmirəm. Əgər sən vətənində məşğulsansa, bu başqa məsələdir”.

İnterpress.az