Ruhanidən Sudiyyəyə sərt sözlərbackend

Ruhanidən Sudiyyəyə sərt sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Ordu günü ilə bağlı nitqində Həsən Ruhani hava zərbələrinin bölgə boyu etirazla qarşılandığını deyib.

Səudiyyə Ərəbistanı prezident Əli Abdullah Salehə sadiq olan qüvvələri dəstəkləyir və hava hücumlarının “vəziyyət sabitləşənə” kimi davam edəcəyini bildirib.
Fevral ayında husilər prezident Əbd Rəbbu Hadini vəzifədən kənarlaşdırıblar.

Xaricə qaçan prezident və bir neçə ərəb ölkəsi İranı husiləri yardım etməkdə suçlayırlar. İran üsyançıları dəstəkləsə də onlara yardım etmədiyini bildirir.

Bu arada BMT çağırışından sonra Səudiyyə Ərəbistanı Yəmənə humanitar yardım göndərəcəyini bildirib.

Dövlət agentliyinin bəyanatında “qardaş” adlandırılan yəmənlilərə 274 milyon dəyərində köməyin çatdırılacağı bildirir.

Səudiyyə Ərəbistanı və onun Fars körfəzi ölkələri arasında müttəfiqləri üsyançılara qarşı hava reydlərini 3 həftə əvvəl həyata keçirməyə başlayıb.

BMT Yəməndəki qarşıdurma nəticəsində 700-dən artıq adamın həlak olduğunu və 150 min nəfərin evlərindən didərgin düşdüyünü bildirir.

İnterpress.az