Kreml qaz sazişi xəbərini təkzib etdibackend

Kreml qaz sazişi xəbərini təkzib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Der Spiegel” jurnalı Rusiyanın Yunanıstanla qaz boru xətti sazişi imzalamağa yaxın olduğu barədə xəbər yayıb.

Jurnalın yazdığına görə, sözügedən saziş aprelin 21-də imzalanacaq ki, bundan da Yunanıstanın boşalmış dövlət büdcəsi 5 milyard avro əldə edə bilər.

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov belə bir razılaşmanın olmadığını söyləyib. Onun sözlərinə görə, Yunanıstanın baş naziri Aleksis Tsipras bu ayın əvvəlində Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşərkən ölkəsinə maliyyə yardımı göstərilməsini xahiş etməyib.

İnterpress.az