Hadisə aprelin 20-də saat 03.00 radələrində Şəki-Qax yolunda qeydə alınıb. Qax rayon sakini, 1980-ci il təvəllüdlü Dəyanət Fəxrəddin oğlu Mustafayevin idarə etdiyi 90 KD 349 dövlət nömrə-nişanlı, “VAZ 2107” markalı avtomobil Şin çayı üzərindəki körpünün yaxınlığında beton dirəyə çırpılıb. Nəticədə avtomobildə olan Qax sakini, 1988-ci il təvəllüdlü Orxan Yunis oğlu Züliyev aldığı xəsarətdən hadisə yerində ölüb. Ağır yaralanan sürücü isə xəstəxanaya aparılarkən yolda keçinib.
Qeyd edək ki, avtomobil Orxan Züliyevə məxsus olsa da, hadisə zamanı maşını Dəyanət Mustafayev idarə edib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, Şəki rayonu, İnçə kəndində (rayon mərkəzindən 15 km aralı) “VAZ” markalı minik avtomobili yol kənarındakı səkiyə çırpılıb. Nəticədə avtomobilin sahibi 1989-cu il təvəllüdlü Züliyev Orxan Yunis oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Onun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobildə olan sərnişin isə müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi yardım tərəfindən xəstəxanaya aparılıb. ( apa )
İnterpress.az