İnterpress.az xəbər verir ki, bunu “Daily Star Sunday” qəzeti yazıb. Qəzetin məlumatına görə, soyğun zamanı seyflərdən oğurlanan əşyalar arasında seks kasetləri də olub.
Məşhur futbolçuların yaxın ətrafı məlumatı təsdiqləyib.
İngiltərə tarixinə hələlik ən böyük soyğun kimi düşən hadisədən sonra futbolçuların bir çoxunun narahatlıq keçirdiyi bildirilir.
Məlumatlara görə, futbolçular seks görüntülərini etibarlı yerdə saxladıqlarını güman etsələr də, indi narahatlıq içindədirlər.
Xatırladaq ki, oğrular mərhələli formada Londonun mərkəzi rayonlarından biri olan, zinət əşyalarının saxlanıldığı “Hatton Garden Safe Deposit” anbarına tunel qazaraq 300 seyfdə saxlanan zinət əşyalarını və digər qiymətli əşyaları aparıblar.
İnterpress.az