Bu gün əsən şimal-qərb küləyi axşama doğru nisbətən mülayimləşəcək. Sabah nisbətən külək mülayimləşsə də, sonrakı 3 gün ərzində də yenidən şimal-qərb küləyi davam edəcək.
Aprelin 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9, gündüz 14-18 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam və gecə bəzi şimal- qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 isti olacaq.
İnterpress.az