İnterpress.az xəbər verir ki, polis onun bağçaya keçdiyini son anda görüb. Şəxsin əlində paket olması polisləri narahat edib. Ancaq paketin içində təhlükəli heç nəyə rast gəlinməyib.
Son zamanlar Ağ Evin ərazisinə icazəsiz daxil olmaq cəhdlərinin artması təhlükəsizlik tədbirlərini gücləndirməyi vacib edib. Ağ Evdən verilən məlumata görə, yaxın zamanda bu planın icrasına başlanacaq.
Hazırda Ağ Evin ətrafındakı divarın ucalığı 2,5 metrdir.
İnterpress.az