Hadisə aprelin 18-də Gəncə şəhərində qeydə alınıb. Şəhər sakini Yaqub Qəhrəmani münaqişə zəminində həmyerlisi Əli Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçıb. Nəticədə Ə.Əliyev ölüb.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qəhrəmani və hadisədə iştirak etmiş digər şəxs – şəhər sakini Əli Qəhrəmani tutulublar.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az