Təyyarədə halı pisləşən Danimarka vətəndaşı öldü – BAKIDAbackend

Təyyarədə halı pisləşən Danimarka vətəndaşı öldü – BAKIDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, təyyarədə vəziyyəti pisləşən Danimarka vətəndaşı Alen Lasten paytaxtın Sabunçu rayonundakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. O, ağciyər-ürək tutmasından dünyasını dəyişib. Bakıya eniş edərkən qızı onun yanında olub. Hazırda meyit morqdadır və onun ölkəsinə təhvil verilməsi üçün müvafiq işlər aparılır.

Xatırladaq ki, aprelin 19-da Banqkok-Kopenhagen aviareysi üzrə uçan, Norveç aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib. Təyyarənin göyərtəsində 288 sərnişin olub. Məcburi eniş 16:02-də baş verib və halı pisləşmiş 57 yaşlı Danimarka vətəndaşı Alen Lasten və qızı reysdən çıxarılıb. Onlar 3 saylı Sabunçu şəhər xəstəxanasına aparılıblar.

İnterpress.az