Hitler yəhudi soyqırımını türklərə görə edib – İDDİAbackend

Hitler yəhudi soyqırımını türklərə görə edib – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dövlət televiziyası olan “Phoenix”də yayımlanan sənədli filmdə “Hitler gördü ki, Türkiyəyə cəza vermədilər, o da yəhudilərə qarşı soyqırım törətdi” iddiası səsləndirilib.

Telekanal 1915 – ci il olaylarına dair tamamilə erməni maraqlarına xidmət edən iddialarla dolu sənədli film hazırlayıb və yayımlayıb. “Ageth” adlı sənədli filmdə Türkiyənin soyqırımı yox saydığı, görməzdən gəldiyi ifadə edilib. Həmçinin “Türklərin son əsrin ilk soyqırımını törədən, erməniləri məcburi köçə təşviq edib, qəsdən öldürdükləri” deyilir.

Türkiyə tərəfinin mövqeyinin ifadə olunmadığı sənədli filmdə “soyqırım” Hitlerlə əlaqələndirilib. Film müəllifləri iddia edir ki, Hitler Türkiyənin “soyqırım” törədib beynəlxalq aləmdə cəza almadığını gördükdən sonra yəhudilərə qarşı soyqırım törədib.

Sənədli filmdə erməni diasporunun önəmli şəxslərindən biri, Fransanın sabiq sənaye naziri Patrick Dəvəçiyanın “soyqırım” haqqında fikirlərinə yer verilib.

Digər tərəfdən Almaniyanın ən böyük qəzetlərindən biri olan “Welt am Sonntag” bugünkü sayında “Sonunda həqiqətləri bilmək istəyirik” başlıqlı yazıda Türkiyə və Almaniyanı günahlandırıb. Robin Alexander, CC Malzahn və Daniel F. Sturm imzasıyla yayımlanan məqalədə “Türkiyə soyqırım etdi, inkar edir. Almaniya isə səssiz qalır” deyə vurğulanıb.

İnterpress.az