İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Ağcabədi rayonu, Hacılar kəndi (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otağlı evin mətbəxinin yanar konstruksiyaları mətbəx əşyaları ilə birlikdə 24 kv.m sahədə yanıb.
Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03.50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az