Misirin keçmiş prezidenti Məhəmməd Mursi 20 il müddətinə azadlıqdan məhrum edilib.
***
İnterpress.az xarici mətbuata istinadən bildirir ki, istintaq prezident iqamətgahı qarşısında insan ölümü ilə nəticələnən hadisələrə görə Məhəmməd Mursinin təqsirkar hesab edir.
“Müsəlman qardaşları” təşkilatının daha 14 üzvü də sabiq prezidentlə bərabər mühakimə edilir.
Qeyd edək ki, baş verən hadsələrdə 10 nəfər ölüb. 700 nəfər müxtəlif xəsarətlər alıb. Ancaq qeyri-rəsmi məlumatlara görə, ölənlərin sayı 20-dən artıqdır. Sabiq prezident həmçinin xarici ölkəyə casusluq xidməti göstərməkdə də ittiham olunur. Əgər ona qarşı irəli sürülən ittihamlardan biri təsdiqlənərsə, Mursiyə ölüm hökmü çıxarılacaq.
İnterpress.az