Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Verilən məlumatda bildirilir ki, faktla bağlı Xaçmaz rayon polis şöbəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının operativ şəkildə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində N.Cəfərovaya qarşı mənəviyyata və hüquqa zidd hərəkətlərin həmkəndliləri – Fərid Həsənov və Valeh Xurşudov tərəfindən törədilməsi müəyyən olunub.
Cinayəti törətməkdə şübhəli bilinən hər iki şəxs polis əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb edilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
İnterpress.az