ABŞ-ın başına 10 milyon dollar mükafat qoyduğu İzzət İbrahim Əl-Duri qarşıdurma zamanı həlak olub. Əl-Duri vida mərasiminə şüşə tabutda gətirilib. “İŞİD-in beyni” kimi tanıdılan Əl-Durinin 73 yaşı olub.
O, 2003-cü ildəki ABŞ işğalına qədər İraq İnqilab Komandir Şurasının sədr müavini olaraq çalışıb. Durinin ötən həftə bir qarşıdurma əsnasında öldürüldüyü irəli sürülmüşdü. Bu iddia daha sonra Durinin tərəfdarları tərəfindən təkzib edilmişdi.
Ancaq sonradan aparılan araşdırmalar sözügedən meyitin Duriyə aid olduğunu təsdiq edib. Durinin cənazəsi İraq Səhiyyə Nazirliyi səlahiyyətlilərinə təslim edilib. Durinin dəfn mərasimi paytaxt Bağdadın Cadiriyye bölgəsində olub.
İnterpress.az