Gürcüstan prezidenti iqamətgahından çıxarılırbackend

Gürcüstan prezidenti iqamətgahından çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, prezidenti Mixail Saakaşvili tərəfindən tikdirilən binadan daha kiçik binaya köçürmək nəzərdə tutulur. Yeni iqamətgah Tbilisinin mərkəzində, Atoneli küçəsindədir.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında binanın tamamilə yeniləndiyini bildirib. Bina prezident üçün nəzərdə tutulub.

Prezident Administrasiyasından isə bildirilib ki, dövlət başçısı yeni binaya köçmək niyyətində deyil: “Bu barədə hökumətə məktubla məlumat verilib”.

Məlumatlara görə, prezident sarayının illik xərci 3 milyon dollar olur ki, bu da ölkənin iqtisadi durumuna mənfi təsir göstərir.

İnterpress.az