Sabah saat 08:00-dan 23:00-dək Ceyranbatan və Saray qəsəbələrinə, Masazır qəsəbəsinin “Qurtuluş” yaşayış massivinə, Novxanın kəndinin bir hissəsinə, Yeni Biləcəri yaşayış sahəsinə içməli su məhdudiyyətlə veriləcək.
Fasilələrin yaranması yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
İnterpress.az