Şəki sakini özünü asıbbackend

Şəki sakini özünü asıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə aprelin 22-də saat 02 radələrində rayonun Baltalı kəndində qeydə alınıb.

Baltalı kənd sakini, 1991-ci il təvəllüdlü Malik Rəşid oğlu Hacıbalayevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki heyva ağacından asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Aparılan araşdırma zamanı onun intihar etdiyi məlum olub.

M. Hacıbalayev bir ilə yaxındır, ailə qurub yaxın vaxtlarda ata olacaqmış.

Onun banklardan birinə kredit borcunun olduğu da bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. ( apa )

İnterpress.az