Obama “soyqırım” deməyəcəkbackend

Obama “soyqırım” deməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu “Hürriyet” qəzeti ABŞ-dakı mənbəyə istinadən yazıb. Qəzetin bildirdiyinə görə, Ağ Ev aprelin 24-də İrəvanda keçiriləcək mərasimə prezident yox, nazir səviyyəsində qatılacaq.

“Soyqırım” ifadəsi yerinə Obamanın builki çıxışında da “böyük fəlakət” deyəcəyi gözlənilir. “Prezidentin 24 aprellə bağlı əvvəlki illər olduğu kimi bu il də çıxış edəcəyi gözlənilir. Anlayırıq ki, 100-cü ildönüm ermənilər üçün çox vacibdir. 1915-ci ildə başlayan olaylarda vəhşicəsinə öldürülən hər kəsin yasını tutduğumuzu bəyan edirik. Bilirik ki, bu il fərqli ifadələr işlətməyimizi gözləyənlər var və onlara hörmət edirik. Ancaq əvvəlki münasibətin doğru olduğunu düşünürük” deyə mənbə vurğulayıb.

İnterpress.az