İnterpress.az xəbər verir ki, bəzi mətbuat orqanlarının əməkdaşlarının suallarını canlı yayında cavablandıran baş nazir Ermənistan və erməni diasporu ilə münasibətlərə də toxunub.
Bildirib ki, Türkiyə tərəfi məsələnin həlli ilə bağlı görüşlər keçirdiyi zaman qarşı tərəfdən ciddi reaksiyalar gəlir: “Biz həll üçün görüşlər keçirdiyimiz zaman erməni lider çıxıb “Əgər türk xarici işlər naziri ABŞ-da erməni məsələsini saatlarla müzakirə edirsə, burda bir oyun var” deyir. İndi biz nə edək?”
Erməni diasporunun Türkiyədən intiqam aldığını deyən Davudoğlu Ermənistanın niyə kasıb olması barədə də fikirlərini bölüşüb: “Erməni diasporu çox güclüdür, amma Ermənistan niyə bu qədər kasıbdır? Çünkü erməni diasporu uğur qazanan bir Ermənistan istəməz. Uğursuzluğun səbəbi olaraq 100 il bundan əvvəli göstərirlər”.
İnterpress.az