Həsən Əliyev küşəsində hərəkət qismən məhdudlaşdırılacaq.
\”Tərtib olunmuş qrafikə əsasən, bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bununla əlaqədar olaraq, bu gün saat 22:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Tbilisi prospektindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq\”.
Qurum rəsmisi sürücülərə göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunduğunu bildirib.
İnterpress.az