Alman yazardan ermənipərəstlərə sərt “soyqırım” reaksiyasıbackend

Alman yazardan ermənipərəstlərə sərt “soyqırım” reaksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu alman yazar Hubertus Volmer bildirib.

Almaniyanın məşhur xəbər kanallarından “n-TV”nin yazarı olan Volmer 20-ci əsrdə Herero və Nama xalqlarına qarşı edilən qırğınların da soyqırım olduğunu dilə gətirib.

Volmer alman siyasilərinin 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırmaq cəsarətini “ikiüzlülük” kimi qiymətləndirib. O, baş nazir Angela Merkel və xarici işlər naziri Frank-Valter Steinmeierin dilindən “soyqırım” sözünü eşitmədikləri üçün narahat olan millət vəkillərinin duyğularının federal hökumətin türk hökumətini nəzərə alması qədər yalan olduğunu vurğulayıb.

Volmer millət vəkillərinin Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə verdiyi soyqırım qərarını və tarixçilərin əksəriyyətinin ermənilərə tətbiq edilən olayları “soyqırım” kimi qəbul etdiyini bildirərək “Bununla güya özlərini əxlaqi baxımdan üstün vəziyyətdə görürlər\” deyib: “Tarixçilərin əksəriyyəti bir əsrdən çox zaman əvvəl Herero və Nama xalqlarına qarşı törədilən qırğınların “soyqırım” olduğu haqqında da həmfikirdir”.

1904 və 1908-ci illərdə bugünkü Namibiya torpaqlarındakı alman koloniyasında 20-ci əsrin ilk soyqırımının törədildiyini xatırladan Volmer alman hökumətinin bunu hələ soyqırım olaraq qəbul etmədiyini deyib.

Yazar Almaniyanın bu hadisələrin BMT “Soyqırım Anlaşması”ndan əvvəl reallaşdığı üçün soyqırım olaraq xarakterizə edilməsini “lağlağı və gülünc səbəb” kimi qiymətləndirib: “Qiyam qaldıran Herero və Nama xalqları səhralara sürgün edilmiş və kütləvi qırgına məruz qalıb, basdırılmışdı. Almaniyada hansı partiya iqtidara gəlirsə gəlsin, bu soyqırım təzminatını ödənmə qorxusu bir tabu halındadır. Türkiyəyə məsuliyyətini xatırlatmaq istəyənlər əvvəl öz ölkələrinin günahını heç bir açıq qapı buraxmadan qəbul etsinlər. Bu olmadığı müddətdə Federal Məclis erməni soyqırımı haqqında ən yaxşı halda susmalıdır. Əks təqdirdə özünü gülünc vəziyyətə salar”.

İnterpress.az