Avstriyalı deputatlar türkiyəli həmkarlarına eyni addımı atmağı tövsiyyə ediblər.
“Ankara qaranlıq keçmişə aydınlıq gətirməlidir və etiraf etməlidir ki, Osmanlı imperiyasının ermənilərə qarşı cinayətləri soyqırımı olub”, – deyə Avstriya parlamentinin bəyanatında bildirilir.
Sənədi bütün fraksiyaların nümayəndələri imzalayıblar.
“Der Standard”ın məlumatına görə, deputatlar etiraf ediblər ki, Avstriyanın da tarixi məsuliyyətdə payı var. Çünki Avstriya I Dünya müharibəsində Osmanlı imperiyasının müttəfiqi olub.
İnterpress.az