Türkiyədə Xocalı abidəsinin açılışı olubbackend

Türkiyədə Xocalı abidəsinin açılışı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı aktının unudulmaması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulan abidə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə İzmit bələdiyyəsi tərəfindən ucaldılıb.

Açılış mərasimində TADEF sədri Bilal Dündar çıxış edərək Xocalı soyqırımı haqqında mərasim iştirakçılarına məlumat verib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev abidənin ucaldılmasına görə İzmit Bələdiyyəsinin sədri Nevzat Doğan başda olmaqla hər kəsə təşəkkürünü bildirib. V.Hacıyev abidənin açılışının Çanaqqala zəfərinin 100-cü ildönümü ərəfəsində təşkil edilməsinin ayrıca əhəmiyyət kəsb etdiyini qeyd edib.

İzmit Bələdiyyəsinin sədri Nevzat Doğan da çıxışında türk millətinin bütün döyüşlərdə mərdlik nümayiş etdirdiyini, qadına, uşağa, yaşlıya qarşı silah qaldırmadığını, ermənilərin isə Azərbaycanda dinc əhalini amansızcasına qətlə yetirdiyini deyib. Faciə qurbanlarının xatirəsinin hər zaman qəlblərdə yaşayacağını deyən N.Doğan bu abidənin də soyqırımı həqiqətlərinin gələcək nəsillərə ötürmək məqsədi daşıdığını qeyd edib.

2,5 metr hündürlüyü olan abidə Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən bayraq simvolları, şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarətdir. Abidənin üzərində soyqırımı əks etdirən fotolar və Xocalıda qətlə yetirilmiş 613 nəfərin adı həkk olunub.

İnterpress.az