Qar, əsasən, Qubanın dağlıq ərazilərinə düşüb. Onun sözlərinə görə, Qurbanın dağlıq ərazilərində qarın hündürlüyü 20-25 sm təşkil edib.
G.Məmmədov bildirib ki, müşahidə edilən havanın temperaturu iqlim norması daxilindədir. Əvvəlki illərin də aprel ayında dağlıq və dağətəyi ərazilərdə qar müşahidə olunduğundan belə hava normal hesab olunur.
Ümumilikdə, Azərbaycanda müşahidə edilən küləkli və yağıntılı hava şəraiti aprelin 25-i gündüzədək davam edəcək.
Ondan sonra ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunacaq.
İnterpress.az