17-ci mikrorayon ərazisində yerləşən və sabah açılışı planlaşdırılan \”Rahat\” marketdə işləyən fəhlə 1990-cı il təvəllüdlü Qurbanov Ruslan Taleh oğlu eskalatorun arasında qalıb. O, hadisə yerindəcə dünyasını dəyişib.
Bildirilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Yeni quraşdırılmış lift yoxlanış üçün istismara buraxılarkən məlum olay yaşanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib, araşdırma aparılır. ( lent.az )
İnterpress.az