İnterpress.az xəbər verir ki, dənizdə yaşayan və uzunömürlü olan istridyələr insanların delikatesləri olduğu kimi, bir çox suda yaşayanların da ovudur. Delikates olması ilə yanaşı, onların başqa xüsusiyyətləri də var. Bu xüsusiyyətlərindən biri də çirkli suyu təmizləyə bilmələridir. Bununla bağlı kiçik bir təcrubə aparılıb və akvariumun önünə kamera quraşdırılıb. Çirkli su ilə dolu akvariumlardan birinə istiridyə qoyulub. Kamera 90 dəqiqə ərzində suda baş verən dəyişikliyi qeydə alıb. Nəticə heyrətləndirici olub. İstiridyələrin olduğu akvariumun suyu getdikcə səffaflaşıb. Bu dəyişiklik boş akvariuma baxdığımız zaman bariz şəkildə görünür. Yetkin bir istridyə gündəlik 20 – 50 litrə qədər suyu filtirləyip təmizləyə bilər.
İnterpress.az