İnterpress.az xəbər verir ki, yazar Nazlı Ilıcak Türkiyə və Ermənistan əlaqələrinin inkişafında Azərbaycan faktoruna diqqəti çəkib.
Türkiyə mətbuatına açıqlama verən yazar Roma Papası və Avropa Parlamentinin qondarma soyqırımla bağlı qərarlarını vurğulayıb: “Xüsusilə erməni lobbisinin ABŞ-da Türkiyəyə yönəlik açıqlamaları iki ölkə arasında vəziyyətin gərginləşməsinə səbəb olub. Ancaq unudulmamalıdır ki, ABŞ əslində 1915-ci olaylarında yaşanan üzücü hadisələrlə bağlı mövqeyini “büyük fəlakət” ifadəsiylə ortaya qoyub. Bundan başqa Azərbaycan-Ermənistan münasibətinə Türkiyənin böyük həssaslığı var. Türkiyə və Ermənistan arasındakı uzlaşmada Azərbaycan faktorunun təsirli ola biləcəyi qənaətindəyəm. Azərbaycan, Türkiyə və Ermənistan arasında bir protokol hazırlanması və qonşu dövlətlər arasında uzlaşma əldə edilə biləcəyini düşünürəm”.
İnterpress.az