Liviyanın xarici işlər naziri Azərbaycana gələcəkbackend

Liviyanın xarici işlər naziri Azərbaycana gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni dünya düzənində etimadın yaradılması” mövzusunda keçiriləcək Forumda Mohamed Dayrinin geniş məruzə çıxışı nəzərdə tutulub.

Foruma qatılacaq Liviya nümayəndə heyətinin tərkibində ölkənin sabiq baş naziri Əbdürrəhim El-Keyb və Liviyanın Avropa Birliyindəki səfiri Farida Allaghi də var. Farida Allaghi eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Əbdürrəhim El-Keyb isə təşkilatın üzvüdür.

Qeyd edək ki, Bakı Forumunda iştirak etmək üçün üç ölkənin hazırkı dövlət başçısı – Qırğızıstan prezidenti Almazbek Atambayev, Makedoniya prezidenti George İvanov, Bolqarıstan prezidenti Roşen Plevneliyev, eləcə də Andorranın baş naziri Antoni Marti, Maltanın baş naziri Jozef Muskat, Bosniya və Hersoqovinanın xarici işlər naziri Zlatko Laqumciya da bu ayın sonunda Azərbaycana gələcək.

İnterpress.az