Naməlum avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Piyada 55 yaşlı Rahim Həkim oğlu Məmmədov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkim Novruz Hacıyev yaralının vəziyyətinin ağır olduğunun bildirib.
Piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Faktla əlaqədar Yasamal rayon polis İdarəsində araşdırmalar aparılır.
Nəsimi rayonunda da piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Naməlum avtomobil Mir Cəlal 71 ünvanında yolu keçmək istəyən piyada 67 yaşlı Elman Əliyevi vurub. Sürücü hadisədən sonra ərazidən uzaqlaşıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər Elman Əliyevin həyatı üçün təhlükə olmadığını bildiriblər.
Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
İnterpress.az