İnterpress.az xəbər verir ki, 1964-cü ildə tikilən məktəbdə normal tədris üçün şərait yoxdur. Divarları sadə cubuqdan olan, palçıqla suvanan, tavanı yox dərəcəsində, döşəməsi çürük məktəbdə tədris avadanlıqları da köhnədir.
Valideylər məktəbin hər an uça biləcəyi qorxusu ilə uşaqları dərsə yola salır. Rayon təhsil şöbəsindən məktəbin təmir ediləcək müəssisələr siyahısına salındığı bildirilib.
Xanım Məmmədova
İnterpress.az