İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğanın məktubu İstanbuldakı Məryəm Ana erməni kilsəsində keçirilən mərasimdə oxunub.
Türkiyə prezidenti məktubunda Birinci Dünya Müharibəsi şərtlərində həyatını itirən bütün Osmanlı ermənilərini hörmətlə andığını bildirib, onların övladlarına və nəvələrinə başsağlığı verib: “Osmanlı imperiyasına və cümhuriyyətimizə verdikləri iqtisadi, sosial, mədəni, siyasi töhfələrini daim təqdirlə xatırladığımız erməni icması xatirəsini gözəl duyğularla yad edirəm. İnsanlığın ən böyük fəlakətlərindən olan Birinci Dünya Müharibəsində Osmanlı sərhədləri çərçivəsində hər millətdən milyonlarla insan əbədiyyətə qovuşdu. Bu savaş sırasında etnik, dini kimliyi nə olursa olsun, bənzər şərtlər altında həyatını itirən Osmanlı vətəndaşlarının hamısını rəhmət və hörmətlə anıram. Erməni toplumunun keçmişdə yaşadığı üzüntüverici hadisələri bildiyimizi və acınızı səmimiyyətlə bölüşdüyümüzü bir daha bildirirəm”.
İnterpress.az