Tofiq Yaqublu azadlıqdabackend

Tofiq Yaqublu azadlıqda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

T. Yaqublunun qızı Nərgiz Yaqublunun yas mərasimində iştirak etməsinə icazə verilib. Bunun üçün o, 7 gün müddətinə azadlığa buraxılıb.

Qeyd edək ki, T. Yaqublunun qızı Nərgiz Yaqublu aprelin 23-də Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. Onun hepatit xəstəliyindən əziyyət çəkdiyi və bir neçə gün əvvəl komaya düşdüyü bildirilir. N. Yaqublunun meyiti bu gün Bakıya gətiriləcək.

Xatırladaq ki, T. Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı həbs edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

T. Yaqublu cəzasını Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində çəkir.

İnterpress.az