Bakıda və Zərdabda yanğın olubbackend

Bakıda və Zərdabda yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri Bakının Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan “MİLEDY” gözəllik salonunda baş verib. Nəticədə salonun hamamında tavan 2 kv.m sahədə yanıb. Gözəllik salonunun qalan hissəsi yanğından mühafizə olunub.

Zərdab şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evdə baş vermiş yanğın nəticəsində evin 1 otağının, mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

İnterpress.az