Həmin hədislərdə bildirilir ki, Məhəmməd peyğəmbər (s.ə.s) suyu oturaraq içməyi, həmçinin çox soyuq və çox isti su içməməyi məsləhət görüb.
Mütəxəssislər uzun sürən araşdırmalardan sonra bunun səbəbini müəyyən ediblər. Məlum olub ki, insanın ayaq üstə olarkən və oturarkən mədəsinin vəziyyəti fərqli olur. Nəticədə ayaq üstə içilən su mədə çıxışına keçərək birbaşa onikibarmaq bağırsağa keçir.
Bu zaman içilən suyun orqanizmə heç bir faydası olmur. Hətta bəzən insanlar müəyyən xəstəliklərə daha çox məruz qalırlar.
Halbuki oturaraq içilən su mədədə qalır və burada turşu ilə qarışaraq mikrobları ölür, daha sonra isə onikibarmaq bağırsağa keçir.
İnterpress.az