Qazaxıstanda seçkilər başa çatdıbackend

Qazaxıstanda seçkilər başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda seçicilərin 82 faizi səsvermədə iştirak edib. Bir çox siyasi mütəxəssis bu seçkilərdə hazırkı prezident Nursultan Nazarbayevin qalib gələcəyini proqnozlaşdırır.

Ölkə müxalifəti Nazarbayevə rəqib olacaq namizəd irəli sürməyib. Dövlət başçısı vəzifəsinə digər iki namizəd də Nazarbayevin siyasətini dəstəkləyir.

Seçkilərin növbədənkənar keçirilməsinə səbəb 2016-cı ildə Qazaxıstan Milli Məclisinin 5-ci çağırışının vaxtının bitməsi ilə izah olunur. Qazaxıstan konstitusiyası həm parlament, həm də prezident seçkilərinin eyni vaxtda keçirilməsini qadağan etdiyi üçün prezident seçkilərinin vaxtını qabağa çəkmək zərurəti yaranıb.

Bundan əlavə, qazaxıstanlı ekspertlərin proqnozlarına görə, 2016-cı ildə qlobal iqtisadi böhran pik həddə çatacaq. Hökumət isə həmin bu dönəmə stabil hökumətlə daxil olmaq istəyir.

Qazaxıstanda 17,4 milyondan çox insan yaşayır. Onların yarısından çoxunun səs vermək hüququ var. Növbədənkənar Qazaxıstan prezidenti seçkiləri üçün hazırlanmış seçki bülletenlərinin sayı 9,6 milyon ədəddən artıqdır.

Seçkilərə hazırlığın və keçirilməsinin monitorinqi ilə 858 beynəlxalq müşahidəçi məşğul olur. Onlardan 293-ü ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, 410-u MDB missiyasının, 10-u Şanxay Əməkdaşlıq Təşkilatı missiyasının, 15-i Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, 11-i Türkdilli Dövlətlərin Parlament Assambleyasının, 3-ü İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi, 116-ı isə 37 dövlətin müşahidəçisidir.

İnterpress.az