İnterpress.az xarici mətbuata istinadən bildirir ki, baş verən hadisələrlə əlaqədar fövqəladə vəziyyət elan edilib və bir həftə küçəyə çıxmaq qadağan olunub. Aksiyaçılarla polis arasındakı toqquşmalarda onlarla şəxs yaralanıb. Onlardan 15-nin polis olduğu bildirilir. 30 nəfər saxlanılıb.
Qadağanın tətbiqinə səbəb aksiyaların birdən-birə soyğunçuluq və talana çevrilməsi olub. Bunun qarşısını almaq üçün şəhər valisi və bələdiyyə başqanı küçəyə çıxmağı qadağan edən qərar imzalayıb.
Qadağa axşam saat 22.00-dan səhər saat 05.00-a qədər qüvvədədir.
İnterpress.azhttps://youtube.com/watch?v=p9-ubCyYVVY