Tanınmış şair, Böyükkişi Heydərli vəfat edibbackend

Tanınmış şair, Böyükkişi Heydərli vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyükkişi Heydərli bu gün səhər ağır xəstəlikdən vəfat edib.

Onun xərçəngdən əziyyət çəkdiyi bildirilib.

Böyükkişi Heydərli 1950-ci ildə aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.

İlk şeirləri \”Ulduz\” və \”Azərbaycan\” jurnallarında dərc olunub. 1991-1992-ci illərdə \”Səs\” qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından başlayaraq uzun müddət \”Yeni Müsavat\” qəzetində redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. 1993-cü ildə \”Dünya\” jurnalının redaktoru olub.

Yazıçı Qor təxəllüsü ilə əsərlər yazıb. \”Sakit küçədə qətl\”, \”Yaşıl cənnət çiçəyi\”, \”Yetişmiş tut ağacı\” və sair əsərlərin müəllifidir. 2001-ci ildə \”Səmasız buludlar\” adlı şeirlər kitabı işıq üzü görüb. ( apa )

İnterpress.az