İ. Daçiçin Bakıya gəlişi Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq.
Regiona səfər Azərbaycandan başlayacaq. Daha sonra o, Gürcüstan və Ermənistana səfər edəcək.
Azərbaycana səfər çərçivəsində müzakirə olunacaq məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin həlli yolları prioritet təşkil edəcək.
Serbiyanın Azərbaycandakı səfirliyindən isə APA-ya bildirilib ki, İ. Daçiçin Bakıya səfəri çərçivəsində dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və digər şəxslərlə görüşlər planlaşdırılır.
İnterpress.az