11 sentyabr hadisələri ilə ABŞ Əfqanıstanda bu sabitliyə son qoydu, Əfqanıstanda münaqişə sonsuz vəziyyət aldı”.
Bunu Bakıda III Qlobal Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edən Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai deyib.
H. Kərzai çıxışında bildirib ki, ABŞ onların gözlədiyi sülhü Əfqanıstana gətirməyib: “ABŞ Əfqanıstanı “Əl-Qaidə”dən xilas etdi. Amma biz çox istədiyimiz sülhü ölkəyə gətirmədi. Əfqanıstanda 30 ildən çox davam edən münaqişələr ölkədə qeyri-qanuni iqtisadiyyatın formalaşmasına gətirib çıxartdı. Bizə pis ad gətirdi. Bütün bunlarla yanaşı, 2004-2005-ci illərdə ölkə Konstitusiyasını qəbul etdik, ölkənin parlamenti formalaşdı. Bütün münaqişə tərəfləri özlərinə parlamentə yer tapdı. Əfqanıstanda biz, demək olar ki, problemlərin həllinə çox yaxınlaşmışdıq.
Təəssüf ki, bu mümkün olmadı. Kənardan təsirlər var. Bu gün “Taliban” bizə, NATO güclərinə qarşı çıxış edir. Biz isə onları xarici qüvvə kimi qəbul edirik. Mən ümidvaram ki, Əfqanıstan tez bir zamanda təhlükəsiz bir ölkəyə çevriləcək. Hökumətimiz qanunidir. Bizə dəstək verdiyinə görə Azərbaycana da öz təşəkkürümü bildirirəm”.
İnterpress.az