Balakəndə 3 otaqlı ev, Zaqatalada isə transformator yanıbbackend

Balakəndə 3 otaqlı ev, Zaqatalada isə transformator yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən və Zaqatala rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrindən məlumat verilib.

FHN-nin Balakən rayon DYMH-dən verilən məlumata görə, yanğın rayonun Şərif kəndində Abdusalam Sabir oğlu Kahayevə məxsus, ümumi sahəsi 120 kv/m olan birmərtəbəli, 3 otaqlı kürsülü fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN-nin Balakən rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 120 kv/m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

FHN-nin Zaqatala rayon DYMH-dən verilən məlumata görə, daha bir yanğın “Azərişıq” ASC-nin Zaqatala rayonu, Danaçı kəndində yerləşən yarımstansiyasında, gücü 35/10 kVt olan transformatorda baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində transformatorun giriş və çıxış kabelləri, sarğıları və yağ çəninin üzərinə dağılmış yağ yanıb.

Transformatorun çənində olan 4 ton yağ və yaxınlıqdakı digər transformatorlar yanğından mühafizə olunub. Məlumatlara əsasən hər iki yanğın hadisəsində xəsarət alan olmayıb.

Hər iki faktla bağlı FHN-nin Balakən və Zaqatala rayonlarının DYMH-də araşdırma aparılır.