Bu gün saat 1000-dan 1800-dək Qaradağ rayonunun Sahil qəsəbəsinin bir hissəsinə, Sabunçu rayonunun Maştağa və Bilgəh qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələrin yaranması qaz kəməri üzərində diametri 159 mm-lik siyirtmənin quraşdırılması və qaz xətlərinin yerinin dəyişdirildiyi üçün həmin xətlərə birləşmə verilməsi ilə əlaqədardır.
Qeyd edək ki, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 647 min 906-a çatıb.
İnterpress.az